AZ

Baş məşqçisi "Milan"ı tərk edəcək

style='margin-bottom:10px;'>

"Milan"ın baş məşqçisi Serxio Konseysao mövsümün sonunda klubu tərk edəcək.

QOL.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

50 yaşlı mütəxəssis 2024-cü ilin dekabrında "Mİlan"a baş məşqçi təyin edilib. Onun rəhbərliyi altında "Milan" bütün turnirlərdə 24 oyun keçirib, 11 qələbə qazanıb, 5 dəfə heç-heçə edib, 8 matçda isə məğlub olub.

Mənbənin məlumatına görə, baş məşqçinin “Çelsi”dən icarəyə götürülən həmyerlisi Joao Feliks də komandanı tərk edəcək.

Qeyd edək ki, “Milan” İtaliya A Seriyasında 33 oyundan sonra 51 xalla 9-cu pillədə qərarlaşıb.

Seçilən
122
5
teleqraf.com

10Mənbələr