Yüngül çəkidə sabiq UFC çempionu, irlandiyalı Konor Makqreqor ölkə prezidenti olacağı təqdirdə nə etməyi planlaşdırdığını açıqlayıb.
Publika.az xəbər verir ki, Makqreqor bu barədə YouTube kanalında jurnalist Taker Karlsonla müsahibəsində deyib.
“Biz evsizliyi azaltmalı, mənzil tikməli, qeyri-qanuni miqrasiyanın axınını yavaşlatmalı, xərclərə nəzarət etməliyik. Ölkəmiz səhv idarə olundu, bu, hamıya aydındır. Beləliklə, dönüş olacaq, yerdəyişmə olacaq. Ölkəm üçün mübarizə aparmağa davam edəcəyəm”, – Makqreqor deyib.