AZ

18 manatlıq ölüm: İdman faciəsi bu ölkəni qarışdırdı

Braziliyada döyüş sənəti aləmində böyük qalmaqal yaranıb.

Publika.az xəbər verir ki, UFC tərzində qeyri-qanuni döyüşün üç təşkilatçısı gənc idmançının ölümündən sonra qəsdən adam öldürmə ittihamı ilə məhkəmə qarşısına çıxacaq.

23 yaşlı Joao Viltor Penya 2023-cü ilin oktyabrında Seara əyalətinin Jijoka de Jerikoaloara şəhərində baş verən döyüş zamanı nokauta düşərək ölüb.

Prokurorlar deyirlər ki, təşkilatçılar əsas təhlükəsizlik qaydalarına məhəl qoymayıblar. Döyüşçü qəfəsə dəbilqə, ağız qoruyucusu və ya əvvəlcədən tibbi müayinədən keçmədən daxil olub.

"Bu, təşkilatçıların kobud səhlənkarlığı idi. Onlar heç bir təhlükəsizlik təlimatına əməl etmədən idmançı üçün ölümcül təhlükə yaradıblar", - deyə prokuror Laua Ouçoa deyib.

"The Sun"un məlumatına görə, Joaonun mübarizə aparmağa razılaşdığı məbləğ qalib üçün 16 (36 AZN), məğlub üçün isə 8 (18 AZN) funtdur.

Seçilən
336
50
publika.az

10Mənbələr