Bakıda hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən prodüser Təranə Səmədova barəsindəki qərardan kassasiya şikayəti verilib.
Publika.az pravda.az-a istinadən xəbər verir ki, Ali Məhkəməyə müraciət edən prodüser cəzasının yüngülləşdirilməsini və azadlığa çıxmasını istəyir.
Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Təranə Səmədova 6 il, Rasim Həsənov isə 7 il müddətinə azadlıqdan məhrum ediliblər. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib. Sonra Ali Məhkəməyə müraciət edən prodüser şikayətinin geri götürdüyünü bildirmişdi.