AZ

Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı genişləndirilir

Bakı. Trend:

Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısıgenişləndirilir.

Trend xəbərverir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenariclasında müzakirə olunan “Lisenziyalar və icazələr haqqında”Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Belə ki, ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan işğaldan azadedilən ərazilərin rezidentləri tərəfindən siyahısı NazirlərKabineti tərəfindən təsdiq olunan iqtisadi fəaliyyət sahələri vəmal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların vəqurğuların, habelə xammal və materialların idxalı 2023-cü ilyanvarın 1-dən 10 il müddətinə ƏDV-dən və gömrük rusumlarından azadedilib. Azadolmalar İqtisadiyyat Nazirliyi tərəfindən veriləntəsdiqedici sənəd əsasında tətbiq edilir.

Qeyd edilən təsdiqedici sənədin “sahibkarlıq fəaliyyətinəverilən icazə” xarakterli olması nəzərə alınmaqla layihədə“Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı”nın 75-cimaddəsi yeni redaksiyada veriləcək. Bununla da işğaldan azad edilənərazilər üzrə idxalı əlavə dəyər vergisindən və gömrük rüsumundanazad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturalarıüzrə hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıqfəaliyyətini həyata keçirən fiziki şəxslər tərəfindən texnikanın,texnoloji avadanlıqların və qurğuların, xammal və materiallarınidxalı üçün təsdiqedici sənəd də icazələrin siyahısına daxilediləcək.

Bu qanun həmin təsdiqedici sənədə münasibətdə 2023-cü ilyanvarın 1-dən tətbiq edilməklə 2033-cü il yanvarın 1-dək qüvvədəolacaq.

Qanun layihəsi səsə qoyularaq bir oxunuşdaqəbul olunub.

Seçilən
96
13
az.trend.az

10Mənbələr