Bakı. Trend:
Avropa Komissiyasının rəsmi nümayəndəsi Anuar El AnuniAzərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması iləbağlı başsağlığı verib.
Trend-inməlumatına görə, o, bu barədə sosial şəbəkə hesabında paylaşımedib.
“AZAL-a məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığındaqəzaya uğramasından kədərləndik. Həlak olanların ailələrinə dərinhüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasınıarzulayırıq”, - deyə o qeyd edib.
Xatırladaq ki, bu gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədəqəzaya uğrayıb. Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib ki,Aktau şəhərində qəzaya uğrayan təyyarənin göyərtəsində 37Azərbaycan vətəndaşı olub.
“İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 37 Azərbaycan,6 Qazaxıstan, 3 Qırğızıstan, 16 Rusiya vətəndaşı olub”, - deyəNazirliyin məlumatında bildirilir.
AZAL-dan bildirilib ki, Aktau şəhərində qəzaya uğrayanBakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.