AZ

Baş prokuror yanında Elmi-Məsləhət Şurasının iclasında hüquq ictimaiyyəti üçün aktual olan məsələlər müzakirə edilib (FOTO)

Bakı. Trend:

Dekabrın 10-da müxtəlif dövlət qurumlarının təcrübəliəməkdaşlarının, tanınmış hüquqşünasların, o cümlədən aparıcı alitəhsil və hüquq üzrə ixtisaslaşmış müəssisələrin professor-müəllimheyətinin, hakim və vəkillərin, habelə qeyri-hökumət təşkilatlarınnümayəndələrinin iştirakı ilə aktual mövzulara həsr olunanElmi-Məsləhət Şurasının növbəti iclası keçirilib.

Trendxəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, giriş nitqi ilə çıxış edən Baş prokuror KamranƏliyev qeyd edib ki, mötəbər beynəlxalq tədbirlərin ölkəmizdəkeçirilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevinapardığı xarici siyasətin, dövlətimizin tərəqqi yolu ilə inkişafetməsinin, qabaqcıl ölkələr sırasında layiqli yer tutmasınınməntiqli nəticəsidir.

Vurğulanıb ki, dünyanın ən aktual bəşəri problemlərinin müzakirəedildiyi mühüm beynəlxalq platforma olan BMT-nin İqlim Dəyişmələriüzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cusessiyasının məhz Azərbaycanda keçirilməsi ölkəmiz üçün çoxəhəmiyyətli olub.

İclasda Şura üzvlərinə noyabrın 15-də Azərbaycan Prokurorluğununtəşkilatçılığı ilə COP29 çərçivəsində 200-dən artıq xarici vəölkədaxili qonaqların iştirakı ilə “İqlim dəyişikliyi iləmübarizədə hüquq-mühafizə orqanlarının səfərbər edilməsi”mövzusunda keçirilmiş yüksək səviyyəli sessiyanın mahiyyəti barədəgeniş məlumat verilib.

Həmçinin iclasda dünya prokurorlarının yeganə qlobal təşkilatıolan Beynəlxalq Prokurorlar Assosiasiyasının 110 yurisdiksiyadan vəbeynəlxalq təşkilatlardan 470-dən artıq xarici prokurorlarınqatıldığı İllik Konfransının və digər tədbirlərinin sentyabrın28-dən oktyabrın 2-dək paytaxtımızda keçirildiyi, həmin tədbirlərdədünya ictimaiyyəti üçün önəmli məsələlərin müzakirəyə çıxarılmasıətrafında söhbət aparılıb.

Elmi-Məsləhət Şurasının iclası çərçivəsində prokurorluqorqanlarında kriminalistikanın nailiyyətlərindən istifadəninsəmərəliliyinin artırılması müzakirəyə çıxarılaraq, hüquq mühafizəorqanlarının fəaliyyəti üçün kriminalistik biliklərinin vacibliyi,ali və ixtisaslaşmış təhsil müəssisələrində Kriminalistika fənninintədrisinin təkmilləşdirilməsi, bu sahədə tədris planlarına rəqəmsalkriminalistika, penitensiar psixologiya, kriminoloji genetika kimiyeni fənn proqramlarının əlavə olunması, eləcə də,kibercinayətlərin müəyyən edilməsi və açılmasında kriminalistikanınrolu vurğulanıb.

Daha sonra tədbir iştirakçıları tərəfindən iclasda təqdimatlarıkeçirilmiş Baş Prokurorluğun “Kriminalistika fənninin tədrisi vəkriminalistik biliklərin tətbiqi vəziyyəti”, “AzərbaycanProkurorluğunun qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsindəfəaliyyəti”, “Prokurorluq orqanlarının peşə hazırlığı,elmi-tədqiqat və metodiki iş sahəsində beynəlxalq əməkdaşlıqtəcrübəsi: 2020 – 2024” adlı vəsaitləri böyük maraqlaqarşılanıb.

Baş Prokurorluq gənc hüquqşünasların ixtisaslı kadr kimiformalaşmasına xüsusi diqqət yetirdiyi üçün ali təhsil ocaqları iləsıx əməkdaşlıq edilir. Bundan başqa, prokurorluq orqanlarınınyaradılmasının 106-cı ildönümünün qeyd edilməsi ərəfəsində 10 alitəhsil və hüquq üzrə ixtisaslaşmış müəssisələrinin 200-dən artıqtələbə və kursantlarının, eləcə də müəllim heyətininnümayəndələrinin iştirakı ilə maraqlı və rəqabət şəraitindəkeçirilmiş ekoloji hüquqpozmalarla mübarizə mövzusunda interaktivyarışın qaliblərinə Şuranın iclasında təntənəli şəkildə kuboklar vəsertifikatlar təqdim edilib.

Sonda Baş prokuror yanında Elmi-Məsləhət Şurasının iclasındaqaldırılan məsələlərə dair ətraflı müzakirələr aparılıb, Şuraüzvlərinin rəy və təklifləri dinlənilib.

Baş
Baş
Baş
Baş
Baş
Məqalədə:
Seçilən
70
15
az.trend.az

10Mənbələr