AZ

Çempionlar Liqası: Bu gün VI tura start veriləcək - AFİŞA

Bu gün UEFA Çempionlar Liqasında VI tura doqquz oyunla start veriləcək.

Bizim.Media xəbər verir ki, ilk oyun günündə "Dinamo Zaqreb" "Seltik"i, "Jirona" isə "Liverpul"u Bakı vaxtı ilə saat 21:45-də qəbul edəcək.

Günün digər oyunları isə Bakı vaxtı ilə saat 00:00-da keçiriləcək.

"Atalanta" "Real Madrid"i, "Bayer Leverkuzen" "İnter"i, "Brest" PSV-ni, "Brügge" "Sportinq"i, "Leypziq" "Aston Villa"nı, "Zalsburq" PSJ-ni, "Şaxtyor Donetsk" isə "Bavariya"nı qəbul edəcək.

Qeyd edək ki, tura dekabr ayının 11-də yekun vurulacaq.

10 dekabr

UEFA Çempionlar Liqası

VI tur

 

Saat 21:45, "Dinamo Zaqreb" - "Seltik"

Saat 21:45, "Jirona" - "Liverpul"

Saat 00:00, "Atalanta" - "Real Madrid"

Saat 00:00, "Bayer Leverkuzen" - "İnter"

Saat 00:00, "Brest" - PSV

Saat 00:00, "Brügge" - "Sportinq"

Saat 00:00, "Leypziq" - "Aston Villa"

Saat 00:00, "Zalsburq" - PSJ

Saat 00:00, "Şaxtyor Donetsk" - "Bavariya".

 

Bizim.Media 

Seçilən
62
2
bizim.media

10Mənbələr