AZ

DÇ-2034-ün final oyununun keçiriləcəyi stadion məlum olub

Bakı. Trend:

DÇ-2034-ün final oyununun keçiriləcəyi stadion bəlli olub.

Trend xəbər verir ki, bubarədə məlumatı FİFA-nın mətbuat xidməti yayıb.

Məlumata görə, Mundialın həlledici görüşü Səudiyyə Ərəbistanınınpaytaxtı Ər-Riyadda baş tutacaq. Qarşılaşma Kral Salman adınastadionda keçiriləcək.

Bu arena həm də açılış oyununu qəbul edəcək. Ümumilikdə isə 5şəhərin 15 stadionu dünya çempionatı oyunlarına ev sahibiolacaq.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı DÇ-2034-ə namizədliyini verənyeganə ölkədir. Avstraliya və İndoneziya birgə təşkilatçılıqlabağlı sifariş verməkdə maraqlı olsalar da, sonradan geriçəkiliblər.

Məqalədə:
Seçilən
119
15
az.trend.az

10Mənbələr