AZ

Xızıda külli miqdarda narkotik vasitə və psixotrop maddə aşkarlandı - VİDEO

Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı rayonun Şuraabad kəndi ərazisindən müxtəlif növ külli miqdarda narkotik vasitə və psixotrop maddə aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan "Unikal"a verilən məlumata görə, nəticədə 5 kiloqrama yaxın marixuana, 8 kiloqrama yaxın tiryək və metamfetamin, həmçinin 4440 ədəd metadon, eləcə də preqabalin həbləri aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, aşkarlanan narkotiklərin kimə məxsus olmasının müəyyən edilməsi istiqamətimdə araşdırmalar davam etdirilir.

Seçilən
286
38
unikal.az

10Mənbələr