AZ

Rəsmi olaraq Yaponiyanın baş naziri təyin edildi

Yaponiyanın keçmiş müdafiə naziri, ölkənin hakim Liberal Demokrat Partiyasının (LDP) rəhbəri seçilən Şiqeru İşiba rəsmi olaraq ölkənin baş naziri olub.

"Unikal" xəbər verir ki, bu  barədə ölkənin "Kyodo" agentliyi məlumat yayıb.

"İşiba parlamentin aşağı palatasında Yaponiyanın baş naziri seçilib", - məlumatda deyilir.

Bundan əvvəl Fumio Kişidanın başçılıq etdiyi Yaponiya hökuməti bütövlükdə istefa verib. İşiba sentyabrın 27-də keçirilən seçkilərdən sonra hakim Liberal Demokrat Partiyasının sədri olub. O, təqdim olunan bütün namizədlər arasında ən populyarı idi. 

Gülayə Mecid

Seçilən
298
17
unikal.az

10Mənbələr