AZ

Martinikdə etirazlar davam edir: Sürücülər yolu bağladılar

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Martinik adasında taksi sürücüləri və ticarətçilərdən sonra yük avtomobillərinin sürücüləri də bahalığa qarşı etiraz nümayişinə qoşulublar.
Oxu.Az Francetvinfo.fr portalına istinadən xəbər verir ki, yerli sakinlər adada yaşamağın həddən artıq çətin olmasından şikayətlənirlər.
Bununla yerli sakinlər yük avtomobilləri sürücülərinin tətilinə dəstək verərək, qiymət artımını pisləyiblər.
Yük avtomobilləri sürücüləri vəziyyət dəyişməzsə, tələblərini eşitdirmək üçün etirazlarını davam etdirəcəklərini söyləyiblər.
Qeyd edilir ki, səhiyyə sektoru da sentyabrın 26-da yeni tətillər planlaşdırıb.
Xatırladaq ki, Martinik adasında etirazlar bir müddətdir ki, başlayıb. Sentyabrın 21-də paytaxtın bəzi rayonlarında komendant saatı tətbiq edilib.
Seçilən
129
40
oxu.az

10Mənbələr