AZ

Maliyyə pozuntusuna yol verən Premyer Liqa klubunun 10 xalı silindi

İngiltərə Premyer Liqası təmsilçisi “Everton”un 10 xalı silinib.

Sportinfo.az xəbər verir ki, bu barədə ölkənin futbol federasiyası məlumat yayıb.

Səbəb isə Liverpul təmsilçisinin maliyyə feyr-pley qaydalarını pozmasıdır.

Komanda 2021/2022-ci il mövsümündə ümumi olaraq 124,5 milyon funt-sterlinq xərcləyib. Qaydalara görə isə bu məbləğ 105 milyon funt-sterlinq olmalı idi.

Seçilən
426
3
sportinfo.az

10Mənbələr