AZ

İngiltərədə bu futbol klubuna ağır cəza - 10 xalı silindi

İngiltərə Premyer Liqasında mübarizə aparan komandalardan "Everton"un aktivindən 10 xal silinib. 

Yenisabah.az xəbər verir ki, bu barədə Premyer Liqanın saytı məlumat yayıb. Belə qərar verilməsinə səbəb Liverpul təmsilçisinin 2021/22 mövsümündə maliyyə qaydalarını pozması olub. Nəticədə 14 xalla 14-cü yerdə qərarlaşan "Everton"un 10 xalı silinib və komanda turnir cədvəlində 19-cu pilləyə enib.

Araşdırmadan sonra məlum olub ki, "Everton 2021/22 mövsümündə 125,4 milyon sterlinq zərərə uğrayıb. Premyer Liqanın qaydalarına görə, bu məbləğ 105 milyon sterlinqdən çox olmamalıdır. 

Üstəlik, Premyer Liqa komandaları üçün 3 il müddətində maksimum zərər məbləği 105 milyon sterlinqdir. Lakin "Everton" 2018-2021-ci illərdə ümumilikdə 370 milyon sterlinq pul itirib. 


Telegram kanalımız
Seçilən
425
2
yenisabah.az

10Mənbələr