AZ

“Köhnə binada olan evləri yalnız kommersiya marağı olan şəxslər alırlar” – Ekspert ŞƏRH EDİR

Yeni tikili binalardakı müqaviləli mənzillər və çıxarışı olmayan fərdi həyət evləri var ki, qiymətləri ucuz olduğuna görə onlara tələbat daha çoxdur. Lakin çıxarışları olmaması səbəbi ilə dəqiq nə qədər əmlakın satıldığını söyləmək mümkün olmur. 
Bəs hansı evlərə tələbat daha çoxdur?

Mövzu ilə əlaqədar əmlak məsələləri üzrə eskpert Ramil Osmanlı MediaPost-a açıqlama verib. Ekspert bildirib ki, köhnə mənzil yeni mənzillə əvəz olunduqda satış qiymətinda bir neçə dəfə artım olur:

alt

“Əslində 3, 4 və 5 mərtəbəli köhnə binalar ipoteka krediti ilə satılmadığına görə onlara tələbat elə də ciddi deyil. Köhnə binada olan evləri yalnız kommersiya marağı olan şəxslər alırlar. Ona görə də köhnə binalarda qiymət artımının başlıca səbəbi investisiya qoyuluşu ilə bağlıdır. Belə ki, söküntü zamanı sözügedən binalardan yüksək gəlir əldə etmək mümkündür. Hansı ki, köhnə mənzil yeni mənzillə əvəz olunduqda satış qiymətinda bir neçə dəfə artım olur. Yəni yeni mənzili daha baha qiymətə satmağa imkanı yaranır”.

Fidan Ramazan

Seçilən
735
10
mediapost.az

10Mənbələr