AZ

Hacıqabulda yük avtomobili digər maşına çırpılıb, xəsarət alan var - FOTO

Hacıqabulda yol qəzası olub.

Bizim.Media apa-ya istinadən xəbər verir ki, hadisə Hacıqabul rayonunun Muğan kəndində qeydə alınıb.
 

Bakı sakini, 1991-ci il təvəllüdlü Cavadzadə Yusif Aslan oğlunun idarə etdiyi "Ford Tranzit" markalı yük avtomobili yolun kənarında dayanan çınqılla yüklənmiş "KamAZ" markalı yük maşınına çırpılıb.


Nəticədə “Ford”un sürücüsü xəsarət alaraq Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.




Bizim.Media

Seçilən
192
23
bizim.media

10Mənbələr