AZ

İqtisadi fəal əhalinin sayı açıqlanıb

Bakı. Trend:

Cari ilin sentyabrın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən,iqtisadi fəal əhalinin sayı 5294,9 min nəfər olub, onlardan 5011,4min nəfərini məşğul əhali təşkil edib.

Dövlət Statistika Komitəsindən Trend-ə bildirilib ki, cari ilavqustun 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1759,0 minnəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 881,7 min nəfər,qeyri-dövlət sektorunda isə 877,3 min nəfər təşkil edib.İqtisadiyyatın neft-qaz sektorunda 31,9 min nəfər, qeyri-neft-qazsektorunda isə 1727,1 min nəfər çalışıb.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 23,2 faiziməhsul istehsalı sahələrində, o cümlədən 7,4 faizi emalsənayesində, 7,1 faizi tikintidə, 3,3 faizi kənd təsərrüfatı, meşətəsərrüfatı və balıqçılıq sahələrində, 1,9 faizi su təchizatı,tullantıların təmizlənməsi və emalı, 1,9 faizi mədənçıxarmasənayesində, 1,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı,bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.

Xidmət sahəsində işləyənlərin 18,8 faizi ticarət; nəqliyyatvasitələrinin təmiri, 18,3 faizi təhsil, 8,3 faizi əhaliyə səhiyyəvə sosial xidmətlərin göstərilməsi, 6,4 faizi dövlət idarəetməsi vəmüdafiə; sosial təminat, 4,8 faizi inzibati və yardımçı xidmətləringöstərilməsi, 4,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,8 faizipeşə, elmi və texniki fəaliyyət, 3,1 faizi istirahət, əyləncə vəincəsənət, 2,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə,2,2 faizi maliyyə və sığorta fəaliyyəti, 1,9 faizi informasiya vərabitə, 1,1 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar və 1,1faizi digər sahələrdə xidmətlərin göstərilməsi sahələrindəçalışıblar.

2024-cü ilin yanvar-iyul aylarında bir işçiyə düşən orta aylıqişlənmiş iş saatlarının miqdarı 144,3 saat təşkil edib. 2024-cü ilsentyabr ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerliqurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 222,8 minnəfər olub, onların 46 faizini qadınlar təşkil edib. İşsizlikdənsığorta ödənişinin orta aylıq məbləği 404 manat olub.

Seçilən
153
8
az.trend.az

10Mənbələr