AZ

"Əzmkar və mübariz komanda quracağıq" - Azərbaycan millisinin baş məşqçisi

"Əzmkar və mübariz komanda qurub, rəqiblərimizin qarşısına çıxacaq, Azərbaycanın uğurları naminə çalışacağıq".

"Unikal" xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş UEFA Millətlər Liqasında İsveç və Slovakiya yığmaları ilə keçiriləcək oyunlardan öncə təşkil olunmuş mətbuat konfransında deyib.

70 yaşlı mütəxəssis yığmanın aparıcı üzvü Mahir Emrelinin heyətdə yer almamasına aydınlıq gətirib: "O, hazırda zədəlidir. 50 nəfərin olduğu siyahıdan seçim etmək məcburiyyətində idim. İndiki durumda yalnız 24 nəfəri heyətə cəlb edə bildim. Amma bu o demək deyil ki, digərləri növbəti oyunlarda meydana çıxa bilməyəcəklər. Mahirlə yanaşı, bir neçə futbolçunu da eyni səbəbdən milli komandaya çağırmadım. Fikrimcə, onların yoxluğu komandamızın oyununa mənfi təsir göstərməyəcək".

Seçilən
253
39
unikal.az

10Mənbələr