AZ

Gəlinin güzgüdəki əksi dəhşət yaşatdı

Gəlinlik libasının fotosunu paylaşan qız internet istifadəçilərinin təşvişinə səbəb olub.

Publika.az xəbər verir ki, Kadrları Tessa Koats adlı qız özünün “Instagram” hesabından paylaşıb.

Fotoda gənc qızın iki güzgünün qarşısında dayanması əks olunub. Ən maraqlısı isə güzgülərdəki əkslərin birində onun əlləri aşağıda, digərində isə mədə səviyyəsindədir. Qızın özünün isə əllərindən biri aşağıda, ikincisi isə sağ güzgüdə olduğu kimi mədə səviyyəsindədir.

“Bu əsl fotoşəkildir, bu “Photoshop” deyil, panorama deyil, canlı foto deyi”, - deyə qız fotoya şərh yazıb.

Koats kadrları gəlinlik salonunda özünə toy libası seçərkən çəkdirdiyini vurğulayıb.

Yazının altında bir çox istifadəçilər bu fotodan dəhşətə gəldiklərini, qorxduqlarını etiraf ediblər.

Seçilən
711
7
publika.az

10Mənbələr