AZ

Qazaxıstanın Türkiyədən dəri məhsulları idxalı azalıb (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin yanvar - iyul aylarında Türkiyənin Qazaxıstana dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 28,9 faiz azalaraq, 19,1 milyon dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin iyul ayında Türkiyə Qazaxıstana 2,3 milyon dollar məbləğində dəri məhsulları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 18,3 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-iyul aylarında Türkiyənin dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 23,3 faiz azalaraq, 888 milyon dollara bərabər olub.

“Bu ilin iyul ayında Türkiyə 138 milyon dollar məbləğində dəri məhsulları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 3,3 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (iyul 2023-iyul 2024) Türkiyə 1 milyard 589 milyon dollar məbləğində dəri məhsulları ixrac edib.

Seçilən
245
36
turkic.world

10Mənbələr