AZ

ABŞ-ın Türkiyədən elektrik avadanlıqları idxalı 70 faizdən çox artıb (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin yanvar - iyul aylarında Türkiyənin ABŞ-a elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 71,7 faiz artaraq, 427,3 milyon dollara bərabər olub.

Bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin iyul ayında Türkiyə ABŞ-a 63,2 milyon dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 64,6 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-iyul aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0.8 faiz artaraq 9,3 milyard dollara bərabər olub.

“Bu ilin iyul ayında Türkiyə 1,4 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 12,3 faiz çoxdur,” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (iyul 2023- iyul 2024) Türkiyə 16,3 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib.

Seçilən
243
16
turkic.world

10Mənbələr