Trend-in məlumatına görə, Ermənistanın dövlət xidmətlərinin tənzimlənməsi üzrə komissiya noyabrın 15-də keçiriləcək iclasında Rusiyanın "MTS" PSC-nin törəmə operatoru olan “MTS Ermənistan” QSC-nin şirkətin səhmlərinin satışı üzrə əməliyyatı başa çatdırmaq üçün müraciət ərizəsini təsdiq etməyi planlaşdırır.
Komissiyanın saytında yerləşdirilən qərar layihəsində qeyd olunub ki, qurum "MTS Ermənistan"ın səhmlərinin 100 faizinin Kiprin "Fedilco Group Limited" şirkətinə satışı üzrə müqavilənin bağlanmasına razıdır. Əgər müqavilə bağlanarsa, "MTS Ermənistan" artıq "MTS" qrupunun üzvü sayılmayacaq.
Beləliklə, Ermənistan hakimiyyəti Rusiyanın təkcə İrəvanın siyasi kursuna deyil, həm də Ermənistan iqtisadiyyatına təsirinə son qoyacağına ümid edir.
Ermənistanın baş naziri Nikol Paşinyan ekspertlərin, bəzi informasiya platformaları və təbliğat mediası nümayəndələrinin iştirakı ilə bu yaxınlarda keçirilən qapalı iclasda ölkə hökumətinin xarici siyasət vektorunda dəyişiklik etdiyini açıqlayıb. Ermənistan mətbuatının yazdığına görə, Paşinyan bundan sonra KTMT-nin, eləcə də MDB-nin işində iştirak etməyəcəyini və bu strukturları əvəz edəcək şəxs axtardığını bildirib. O, həmçinin qeyd edib ki, Qərb tərəfdaşlarından müxtəlif sahələrdə çoxlu maraqlı vədlər var.
Ermənistan hökuməti hesab edir ki, “Rusiya ilə ittifaqda qalmaq mənasızdır”, həmçinin Ermənistan Rusiyanı tərk etsə, heç nə baş verməyəcək, “çünki Moskva daha heç kimi cəzalandıra bilməyəcək”.
10Mənbələr
-
olaylar.azPaşinyan Rusiyanı Ermənistan iqtisadiyyatından sıxışdırmağa başladı ( 1010445)
-
minval.infoPaşinyan Rusiyanı Ermənistan iqtisadiyyatından sıxışdırmağa başladı ( 1010043)
-
demokrat.azPaşinyan Rusiyanı Ermənistan iqtisadiyyatından sıxışdırmağa başladı ( 1009503)
-
oxu.azPaşinyan Rusiyanı Ermənistan iqtisadiyyatından sıxışdırmağa başladı ( 1008853)
-
milli.azPaşinyan Rusiyanı Ermənistan iqtisadiyyatından sıxışdırmağa başladı ( 1008037)
-
milli.azPaşinyan Rusiyanı Ermənistan iqtisadiyyatından sıxışdırmağa başladı ( 1008035)
-
valyuta.azPaşinyan Ermənistandakı Rusiya bizneslərini sıxışdırmağa başlayıb ( 1007713)
-
ikisahil.azPaşinyan Rusiya biznesini Ermənistandan sıxışdırmağa başlayıb ( 1007537)
-
qafqazinfo.azPaşinyan Rusiyanı Ermənistan iqtisadiyyatından sıxışdırmağa başlayıb ( 1006719)
-
musavat.comPaşinyan Rusiyanı Ermənistan iqtisadiyyatından sıxışdırmağa başladı ( 1006339)