AZ

Azərbaycan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə “Türkmenaraqatnaşık” arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiyaTəhlükəsizliyi Dövlət Xidmətinin nümayəndələri Aşqabad şəhərindəkeçirilən beynəlxalq sərgi-konfransda iştirak edib.

Dövlət Xidmətindən Trend-ə bildirilib ki, cari ilin 9-10 noyabrtarixlərində Türkmənistanın Aşqabad şəhərində informasiyatəhlükəsizliyi, rabitə, rəqəmsal transformasiya, “ağıllı şəhər”texnologiyaları və innovasiyalara həsr olunmuş “TürkmenTEL-2023”adlı beynəlxalq sərgi-konfrans keçirilib. İnformasiya-kommunikasiyatexnologiyaları üzrə rəhbər şəxslər, ekspertlər və innovatorlarında qatıldığı, təcrübə mübadiləsi, şəbəkələşmə imkanları vəəməkdaşlığın təşviq edildiyi tədbirdə Azərbaycan RespublikasınınXüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəismüavini general-mayor Allahverən İsmayılovun rəhbərliyi ilənümayəndə heyəti iştirak edib.

Tədbirdə Xidmətin rəis müavini general-mayor Allahverənİsmayılov informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsi,eləcə də Xidmətin digər fəaliyyət istiqamətləri haqqında məlumatverib.

Tədbir çərçivəsində Azərbaycan Respublikasının Xüsusi Rabitə vəİnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə TürkmənistanınNazirlər Kabineti yanında Nəqliyyat və Kommunikasiyalar Agentliyi“Türkmenaraqatnaşık” arasında kibertəhlükəsizlik sahəsindəəməkdaşlığı nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.

Tədbirdə həmçinin İT həllər, yeni texnologiyalar və peykrabitəsi, informasiya təhlükəsizliyi sahəsində əldə olunmuş ən sonnailiyyətlər və tendensiyalar mövzusunda təqdimatlar, interaktivpanel müzakirələri, texniki sessiyalar və nümayişlərə də yerayrılıb.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Seçilən
294
1
az.trend.az

10Mənbələr