AZ

Ten Haq: "Bu qələbə bizi daha gücləndirəcək"

"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq Çempionlar Liqasında "Kopenhagen"ə qalib gəldikləri oyundan sonra fikirlərini bölüşüb.

Futbolpress.az BBC-yə istinadən xəbər verir ki, niderlandlı mütəxəssis 1:0 hesabıyla bitən matçla bağlı bunları deyib:

"Əlbəttə, inanılmaz və möhtəşəm gecə idi. Xüsusilə, son saniyədə Andre Onananın penaltini qurtarması. O, Maquayr kimi əla oyun keçirdi.

İlk hissə yaxşı oynamadıq, lakin fasilədən sonra daha güclü idik və qol şansları yaratdıq. Əminəm ki, bu qələbə bizi daha gücləndirəcək".
Seçilən
80
futbolpress.az

1Mənbələr