AZ

Milorad Dodik Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Bakı. Trend:

Bosniya və Herseqovinanın Serb Respublikasının PrezidentiMilorad Dodik Prezident İlham Əliyevə təbrik məktubuünvanlayıb.

Trend xəbər verir ki,məktubda deyilir:

"Cənab Prezident!

Azərbaycan Respublikasının Müstəqilliyinin Bərpası Günümünasibətilə Bosniya və Herseqovinanın Serb Respublikasının xalqıadından və şəxsən öz adımdan Sizə səmimi salamlarımı, xoşarzularımı çatdırmaqdan şərəf duyuram.

Sizin rəhbərliyinizlə Azərbaycan Respublikası inkişaf edərəkregional liderə və iqtisadi gücə çevrilib. Mən fəxrlə deyirəm ki,Bosniya və Herseqovinanın Serb Respublikası ilə AzərbaycanRespublikası arasında qarşılıqlı anlaşmaya və hörmətə əsaslanandostluq münasibətləri, mükəmməl iqtisadi əməkdaşlıq mövcuddur.Böyük geosiyasi dəyişikliklər, həm siyasi, həm də iqtisadi arenadaçağırışlar dönəmində hər bir ölkənin daxili işlərinə, eləcə dəxarici siyasətinə anlayışla və hörmətlə yanaşmaq son dərəcəvacibdir. Mən qəti şəkildə əminəm ki, ikitərəfli əməkdaşlığımız birçox sahələrdə genişlənəcək və dərinləşəcək. Səmimiyyətlə inanıramki, əlaqələrimiz gələcək illərdə də ölkələrimizə faydalı olacaqşəkildə inkişaf edəcək. Mənim qəti niyyətim dostluğumuzu vədəstəyimizi qoruyub saxlamaq, qarşılıqlı hörmət əsasında daha dainkişaf etdirməkdir.

Möhtərəm Prezident, Sizə dərin ehtiramımı bildirir, cansağlığıvə firavanlıq, dost Azərbaycan xalqına tərəqqi və rifaharzulayıram".

Seçilən
106
22
az.trend.az

10Mənbələr