TÜRKPA-nın plenar iclası bu ilin iyun ayında Azərbaycanda keçiriləcək.
NUHÇIXAN xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov TÜRKPA-nın Hüquq Məsələləri və Beynəlxalq Əlaqələr Komissiyasının martın 4-də Bakıda təşkil olunan XI iclasında deyib.
Onun sözlərinə görə, TÜRKPA yarandığı gündən türkdilli dövlətlər arasında əlaqələrin möhkəmələndirilməsində böyük addımlar atıb: "Biz də parlamentarilər olaraq qanunvericilikdə uyğunlaşdırma və inteqrasiyaların yaradılması üçün fəaliyyət göstəririk. Bugünkü iclasın gündəliyinə elm və texnologiyaların inkişafına, onların qanunvericilik aktlarının hazırlanmasına və həmçinin bir-birinə yaxınlaşdırılmasına həsr olunub. İstər universitetlər, istərsə də elm və texnologiya mərkəzləri arasında əlaqələr mövcuddur. Lakin onların bir-birinə inteqrasiyası üçün qanunvericilikdə də yeniliklərə ehtiyac var".
Ə.Əmiraslanov bildirib ki, TÜRKPA-nın komissiyalarının sayı artırılmalıdır: "Bu məsələ həm burada, həm də plenar iclaslarımızda müzakirəyə çıxarılmalıdır".
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta