Ermənistan İstintaq Komitəsi erməni hərbçi Avaq Zakaryanın ölümü ilə bağlı "adam öldürmə" maddəsi ilə cinayət işi açıb.Olaylar.az xəbər verir ki, bu barədə Komitənin mətbuat katibi Qor Abramyan ölkənin yerli KİV-lərinə məlumat verib.Onun sözlərinə görə, hazırda ilkin istintaq çərçivəsində operativ tədbirlər görülür. Hadisə ilə bağlı təfərrüatın daha sonra açıqlanacağını deyən İstintaq Komitəsinin nümayəndəsi, cinayət işi üzrə saxlanılanların olub-olmadığına aydınlıq gətirməyib.Qeyd edək ki, fevralın 24-də Ermənistanda hərbi hissələrin birində Avaq Zakaryan adlı hərbçi qeyri-müəyyən şəraitdə həlak olub. İlkin məlumatlara görə, hərbçinin odlu silahdan açılan atəş nəticəsində öldüyü bildirilib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta