"Moğol İmperatoru və Hindu Tanrısı eyni qəfəsdə ola bilməz" - Zooparkın "dini hisslərə zərbəsi"
Hindistanda Vishwa Hindu Parishad (VHP) adlı bir hindu millətçi təşkilatı zooparkda hindu tanrısının adını daşıyan Sita adlı şir ilə 16-cı əsrdə hökmranlıq edən müsəlman imperatorunun adını daşıyan Əkbər adlı aslanın eyni qəfəsdə qaldığını öyrəndikdən sonra etiraz edərək məhkəməyə müraciət edib. Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, fevralın 18-də, bazar günü VHP rəsmisi Anup Mondal verdiyi açıqlamada, "Sita Moğol İmperatoru Əkbərlə qala bilməz" deyib. Mondal bunun ölkədə çoxluq təşkil edən hinduların "dini hisslərinə" zərər verəcəyini müdafiə edib.Qərbi Benqal Meşə Müdirliyindən bildirilib ki, hazırda erkək və dişi aslanlar ayrı saxlanılır, VHP-nin açdığı işin ilk iclası isə sabah keçiriləcək.Qeyd edək ki, Əkbər Hindistan yarımadasının çox hissəsini idarə edən bir Moğol imperatoru olub. Ölkədəki hindu millətçiləri bu dövrü “köləlik” hesab edirlər. Moğol imperatorluğu ilə bağlı 2008-ci ildə Bollivudun istehsalı olan etdiyi “Codxa və Əkbər” filmi çəkilib. Baş rollarda dünya şöhrətli ulduzlar Hritrik Roşan və Ayşvariya Ray rol alıb.Əfsanə RəcəbManşet.az