AZ

Gürcüstanda erməni diasporunun aksiyası baş tutmadı

Gürcüstandakı erməni diasporunun Qarabağda özünü buraxmış qondarma quruma dəstək aksiyası baş tutmayıb.
 
Ednews report.az-a istinadən xəbər verir ki, təşkilatçıların Avropa İttifaqının Tbilisidəki nümayəndəliyinin qarşısında aksiya çağırışına yerli erməni icması reaksiya verməyib.
 
Nəticədə nümayəndəliyin qarşısına yalnız təşkilatçılar toplanıblar. 10-15 nəfərlik aksiyaçı separatçı şüarlar səsləndirdikdən sonra ərazini tərk edib.
 
Aksiya zamanı hər hansı insident qeydə alınmayıb.

Seçilən
27
50
ednews.net

10Mənbələr