Vüsal İsgəndərli Türkiyə Birinci Liqasında növbəti oyununa çıxıb.
Offsideplus.az xəbər verir ki, azərbaycanlı futbolçu "Boluspor"un heyətində "Bandırmaspor"a qarşı oyunda iştirak edib. Meydana start heyətdə çıxan Vüsal 86 dəqiqə mübarizə aparıb.
Görüş "Boluspor"un 2-1 hesablı qələbəsi ilə başa çatıb.