"İttifaq Aİ silahlı qüvvələri yaratmaq əvəzinə, ilk növbədə daha aktual məsələləri, o cümlədən yanacaq təchizatını təmin etmək və qaçqın problemini həll etməlidir".
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova İtaliyanın baş naziri Antonio Tajaninin təklifini şərh edərkən qeyd edib.
Siyasətçinin Avropa ordusunun yaradılması zərurəti barədə bəyanatı "La Stampa" qəzetinə müsahibəsində verilib . O, bu yolla Aİ-nin sülhün qorunub saxlanmasında daha mühüm rol oynaya biləcəyi barədə fikir bildirib və bu məsələnin həllini gecikdirməməyə çağırıb.
Mövsüm