AZ

Tramvay Bakıya qaytarılır? – “Çox aktualdır”

“Bakıda tramvay xətlərinin çəkilməsi çox aktual mövzudur".

Bunu Yenisabah.az-a nəqliyyat eksperti Aqil Rəhimov deyib.

O, Bakının Baş Planına əsasən paytaxtın bəzi yollarının genişləndirilməsi və tramvay xəttinin qurulmasına rəy bildirib.

Ekspert bildirib ki, tramvay xətlərinij çəkilməsi çox aktualdır:

"Baltikyanı ölkələrdə olduğum zaman orada yüksək sürətli qoşavaqonlu tramvayları görmüşəm. Onlar şəhərin kənarından mərkəzi mikrorayonlarla birləşdirilib. Hərəkətləri isə olduqca sürətlidir.

2004-cü ilə qədər Bakıda tramvay xətləri mövcud olub. Xətlərin sökülməsində obyektiv səbəblər olub. Öyrəşdiyimiz tramvay yollarının çəkilməsində müxtəlif səhvlər mövcud idi. Onlar həddən artıq köhnəlmişdi və yeni tramvayların bu istiqamətdə hərəkəti mümkün görünmürdü. Lakin hazırda bu layihənin reallaşdırılmasına böyük ehtiyac var. Əhmədli, Günəşli və digər şəhərətrafı ərazilərşəhərin mərkəzi tramvay xətləri ilə birləşdirilə bilər”.

Aytac Şahin


Telegram kanalımız
Seçilən
90
yenisabah.az

1Mənbələr