AZ

Müsavat Partiyasından istefalara reaksiya: "Son qurultaydan sonra..."

Yadigar Sadıqlı və Elman Fəttah Müsavat Partiyasından istefa veriblər. 

Onlar bu barədə sosial şəbəkə hesablarında yazıblar.

İstefalara Müsavat Partiyasından da münasibət bildirilib.

Müsavat Partiyası başqan müavini Razim Əmiraslanlı “Cebhe.info”-ya bildirib ki, Yadigar Sadıqlı sonuncu -2019-cu il qurultayından sonra ümumiyyətlə, partiya ilə əlaqəni kəsib: 

“Heç bir tədbirdə iştirak etmirdi. İndi də yeni təşkilat qurublar. Müsavat Partiyasının nizamnaməsinə görə partiya üzvü heç bir siyasi təşkilatın üzvü ola bilməz”.

O qeyd edib ki, söhbət  III Respublika Platformasından gedib. R.Əmiraslanlı Elman Fəttahın da həmin təşkilatda iştirak edəcəyi üçün istefa verdiyini deyib.

Seçilən
75
cebheinfo.az

1Mənbələr