"Əslində heç vaxt Rusiyanı heç kim sevməyib, ondan situasiya koalisiyaları yaratmaq üçün istifadə ediblər və bu, faktdır".Adalet.az xəbər verir ki, bunu bu gün “Primakov oxunuşları” beynəlxalq elmi-ekspert forumunun doqquzuncu dəfə keçirilən konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib:“Bu bir həqiqətdir ki, bizi heç kim həqiqətən sevməyib. Situasiya koalisiyaları yaradaraq bizdən fransızlar, ingilislər, almanlar, avstro-macarlar tərəfindən istifadə olunması da faktdır”, - Lavrov bildirib. Qeyd edək ki, forum E.M. Primakov adına Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun təşəbbüsü ilə noyabrın 27-28 tarixlərində keçirilir. P.S. Lavrovun üzülərək "bizi heç kim sevmir" deməsi əslində rusları - Rusiyanı idarə edən hakimiyyətin son 30 ildə qonşularına və dünyanın bəzi dövlətlərinə və əhalilərinə qarşı apardıqları siyasətin süjetinə baxsalar, yəqin ki, bu qədər təəssüflənməzlər. Əntiqə Rəşid
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta