AZ

Vengeri arxada qoyub rekordçu oldu

Premyer-liqanın “Brentford”la matçı “Arsenal”ın baş məşqçisi Mikel Arteta üçün əlamətdar olub.

“Football-plus.az” xəbər verir ki, ispaniyalımütəxəssis londonluların baş məşqçisi kimi 200-cü oyununu keçirib. Arteta rekord müəllifi də olub. Onun komandası 1:0 hesabı ilə qalib gəlib. “Arsenal” bununla da Artetanın başçılığı altında keçirdiyi 200-cü oyunda 116-cı qələbəsini qazanıb. O, bu göstəriciyə əsasən Vengeri qabaqlayaraq yeni rekorda imza atıb.

Xatırladaq ki, paytaxt komandası Vengerin rəhbərliyi altında keçirdiyi ilk 200 matçda 111 dəfə qalib gəlmişdi. Bu planda 3-cü yeri 106 qələbə ilə Corc Qrem tutur.

Seçilən
204
football-plus.az

1Mənbələr