AZ

Pərviz Şahbazov “Qlobal Cənubun Səsi” Sammitində çıxış edib

Bakı. Trend:

Energetika naziri Pərviz Şahbazov ikinci “Qlobal Cənubun Səsi”Sammiti çərçivəsində “Dayanıqlı inkişaf üçün əlverişli və inklüzivenerji keçidi” mövzusunda enerji nazirlərinin sessiyasında onlaynformatda iştirak edib.

Çıxışda bərpa olunan enerji mənbələrinin dayanıqlı inkişafdakırolu və karbon emissiyalarının azaldılmasının zəruriliyikontekstində enerji keçidinin çağırışları və imkanları qeyd edilib.Bildirilib ki, enerji keçidi ölkələrin inkişafı, enerjitəhlükəsizliyinin səviyyəsi, investisiyaların qeyri-bərabərpaylanması kimi bir çox amillərdən asılı olaraq vahid formula malikolmasa da, ədalətli, əlverişli və inklüziv keçid hamının ortaqmarağıdır.

Nazir regional və Avropa miqyasında enerji təchizatında stratejirol oynayan Azərbaycanın enerji keçidinə balanslı yanaşmanıntərəfdarı olduğu və bu baxımdan ənənəvi və bərpa olunan enerjimənbələrini vəhdətdə inkişaf etdirdiyini diqqətə çatdırıb.Bildirilib ki, bu siyasət enerji təchizatında dayanıqlılığı, enerjiresurslarına olan ehtiyacları qarşılamağı və “yaşıl plan”larınicrasını təmin edir: “Beynəlxalq enerji şirkətləri ilə qarşıdakıonillikdə daxili istehlak, iqtisadiyyatın dekarbonizasiyası vəixrac məqsədilə 10 QVt-dək “yaşıl enerji” layihələrininreallaşdırılması üzrə əməkdaşlıq edirik. 2027-ci ilədək 1870 MVthəcmində “yaşıl güc”lərin enerji sistemimizə inteqrasiyasınəticəsində bərpa olunan enerjinin payının elektrik enerjisininqoyuluş gücündə 33%-ə, elektrik enerjisinin istehsalında isəhazırkı 7%-dən 25%-ə çatacağı gözlənilir. Bu, 2030-cu ilə 30%-likhədəfimizin artıqlaması ilə yerinə yetirilməsi deməkdir”.

Həmçinin Azərbaycanın enerji ixracı və regional əməkdaşlıqsahəsində strateji prioritetlərindən də bəhs olunub: ““Xəzər – Qaradəniz - Avropa” və Azərbycan - Türkiyə - Avropa dəhlizləriniyaratmaq və şaxələndirilmiş marşrutlarla 5 QVt-dan çox “yaşılenerji” ixrac etmək strateji prioritetlərimizdəndir. Bu dəhlizlərMərkəzi Asiya ölkələrindən də yaşıl enerjinin nəqli imkanlarını vədedir” -deyə nazir bildirib.

Qeyd edək ki, Azərbaycanın da təmsil olunduğu birinci “QlobalCənubun Səsi” Sammiti cari ilin yanvar ayında keçirilib.

Məqalədə:
Seçilən
229
5
az.trend.az

8Mənbələr