AZ

Mahir Emreliyə “Riyeka” ilə oyunda ehtiyac duyulmadı

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Dinamo” (Zaqreb) Xorvatiya çempionatında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən kollektiv ölkə çempionatının 15-ci turu çərçivəsində “Riyeka” ilə qarşılaşıb.

Səfərdə baş tutan bu oyunda “Dinamo” qələbəni əldən verib – 2:2.

Emreli bu matçın iştirakçısı olmayıb. Sari mövsümdə 4 qol və 3 məhsuldar ötürməsi olan azərbaycanlı futbolçuya bu oyunda ehtiyac duyulmayıb. O, sonadək ehtiyatda qalıb.

Son Xorvatiya çempionu olan “Dinamo” 15 turdan sonra 24 xalla 10 iştirakçı arasında 3-cü pillədə qərarlaşıb. Komandanın ehtiyatda təxirə salınmış 2 oyunu da var.

Xatırladaq ki, Mahir Emreli “Dinamo”ya 2022-ci ilin fevral ayında Polşanın “Legiya” (Varşava) klubundan transfer olunub. O, bu komandanın heyətində bütövlükdə 44 matça çıxıb, 10 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub. Karyerası ərzində “Qarabağ”, “Legiya”, “Konyaspor” və “Bakı”da da oynamış hücumçu Azərbaycan millisində keçirdiyi 44 oyunda 5 qol vurub.

Seçilən
536
2
arena.az

10Mənbələr