AZ

Mahir Emreli “Dinamo”nu məğlubiyyətdən xilas etdi - Video

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, futbolçumuzun komandası Xorvatiya çempionatının 14-cü turu çərçivəsində “Varajdin”lə qarşılaşıb.

Səfərdə baş tutan bu oyunda “Dinamo” məğlubiyyətdən son anda xilas olub – 1:1. 54-cü dəqiqədə məğlub duruma düşən futbolçumuzun komandası 90+4 dəqiqədə vurduğu qolla 1 xal əldə edib.

Mahir bu matçın 75-ci dəqiqəsində meydana buraxılıb. Komandasının yeganə qolunu da məhz Emreli vurub. O, son saniyələrdə Takuro Kanekonun ötürməsini qolla tamamlayıb. Bununla da o, cari mövsümdə vurduğu qolların sayını 4-ə çatdırıb. Mahir bu mövsüm 3 məhsuldar ötürmə də verib.

Son Xorvatiya çempionu olan “Dinamo” 14 turdan sonra 23 xalla 10 iştirakçı arasında 3-cü pillədə qərarlaşıb. Komandanın ehtiyatda təxirə salınmış 2 oyunu da var.

Xatırladaq ki, Mahir Emreli “Dinamo”ya 2022-ci ilin fevral ayında Polşanın “Legiya” (Varşava) klubundan transfer olunub. O, bu komandanın heyətində bütövlükdə 43 matça çıxıb, 10 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub. Karyerası ərzində “Qarabağ”, “Legiya”, “Konyaspor” və “Bakı”da da oynamış hücumçu Azərbaycan millisində keçirdiyi 44 oyunda 5 qol vurub.

Seçilən
404
2
arena.az

3Mənbələr