AZ

Laçın, Şuşa, Xankəndi istiqamətində nəqliyyatın təminatı sistemi hazırlanır - Anar Rzayev

Bakı. Trend:

Laçın, Şuşa, Xankəndi istiqamətində nəqliyyatın təminatı sistemihazırlanır.

Trend xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və NəqliyyatNazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA)sədri Anar Rzayev sektorda qanunvericiliyin təkmilləşdirilməsinədair keçirilən brifinqdə bildirib.

O qeyd edib ki, Qarabağda həm şəhərlərarası, həm də şəhərlərdaxili sərnişindaşıma həyata keçirilməsi üçün işlər gedir:

"Hətta biz artıq müsabiqələr elan etmişik. Bərdə - Xankəndi,Bakı - Laçın marşrutu müsabiqəyə çıxarılıb, müsabiqə qalibləri elanediləcək və tezliklə fəaliyyətə başlayacaq".

A.Rzayev qeyd edib ki, yeniliklərin tətbiqi “Böyük Qayıdış”çərçivəsində işğaldan azad edilmiş ərazilərdə məskunlaşanvətəndaşlarımızın daha keyfiyyətli nəqliyyat infrastrukturu vəxidmətləri ilə təmin olunmasına da öz töhfəsini verəcək:

"AYNA tələbata və hazır olan yol infrastrukturuna uyğun olaraqBakı - Şuşa, Bakı - Ağdam, Bərdə - Ağdam, Əhmədbəyli (Füzuli)-Şuşa,Tərtər şəhəri-Talış kəndi, Horadiz (Füzuli) - Ağalı (Zəngilan),Horadiz (Füzuli) -Hadrud (Xocavənd), Horadiz (Füzuli)-Laçınistiqamətlərdə avtobus marşrutları fəaliyyət göstərir.

İşğaldan azad olunmuş digər ərazilərdə təhlilləraparılır.Vətəndaşlar yolumuzqaraba.az portalında qeydiyyatdankeçərək fərdi minik avtomobilləri ilə Şuşa şəhərinə, Suqovuşanqəsəbəsinə və Laçın şəhərinə səfər edə bilirlər. Fərdi minikavtomobillərində səfər üçün 1 sürücü olmaqla maksimum 9 nəfərəicazə alına bilər".

Seçilən
142
20
az.trend.az

10Mənbələr