AZ

İlon Mask Trampın seçkiqabağı kampaniyasına gizlicə ianə edib

Bakı. Trend:

ABŞ Prezidenti Co Baydeni getdikcə daha çox tənqid edənmilyarder İlon Mask onun rəqibi, Ağ evin keçmiş rəhbəri DonaldTrampın seçilməsinə nail olmaq üçün çalışan siyasi qrupa ianəedib.

Trend xəbər verir ki, bu barədə şənbə günü, iyulun 13-də“Bloomberg” agentliyi öz mənbələrinə istinadən yazıb.

Agentliyin hesabatında İlon Maskın nə qədər ianə verdiyi dəqiqgöstərilmir, lakin “America PAC” qrupuna verilən “böyük” məbləğdənbəhs edilir. Məqalənin müəllifləri qeyd edirlər ki, “America PAC”siyasi fəaliyyətlər üçün qeyri-məhdud ianələr ala bilər, lakiniyulun 15-dək donorlarının siyahısını açıqlamalıdır.

Əvvəllər Mask siyasi kampaniyalara sponsorluq etdiyini inkaredirdi. Milyarder bir sıra dünya agentliklərinin bu mövzuya yenişərh vermək istəyini cavablandırmayıb.

“America PAC” qrupu Tramp üçün “pərdə arxasında” fəaliyyətgöstərir. “Bloomberg” yazır ki, seçiciləri cəlb etmək üçün ənintensiv kampaniya və seçkilərin nəticəsini daha çox müəyyən edənəsas ştatlarda genişmiqyaslı iş aparılır.

Trampın tərəfdarı olan təşkilatlar arasında “America PAC”amerikalı seçicilər ilə birbaşa əlaqəsi olan ən böyük ödəyicidir.“Bloomberg”in istinad etdiyi hesabatlara görə, bu qrup indiyədək15,8 milyon dollar xərcləyib, bunun 13,1 milyon dolları yerlərdəkifəaliyyətlərə sərf olunub. Qrup, həmçinin mediada sifarişləhazırlanmış materialların, SMS göndərişlərinin və seçicilər ilətelefon əlaqəsinin haqqını ödəyir.

Məqalədə deyilir ki, bütün bunlar respublikaçılara Trampın rəsmikampaniyasına pul xərcləmək üçün ciddi maliyyə üstünlüyü verir ki,bu da indiki prezident seçkilərini ABŞ tarixində ən bahalı seçkiyəçevirəcək.

İlon Mask ilə Donald Tramp arasında əvvəllər toqquşma olsa da,son vaxtlar onlar daha da yaxınlaşıb. İndi milyarder eks-prezidentəelektrik avtomobilləri və kriptovalyuta məsələlərində məsləhətlərverir. Öz növbəsində, Tramp bildirib ki, o, elektromobillərin böyükhəvəskarıdır.

“Reuters” eks-prezidentin sözlərindən sitat gətirib: “Mən İlonunpərəstişkarıyam. O, “Tesla” ilə inanılmaz işlər görür”,

Hazırda İlon Mask 263,6 milyard dollarlıq sərvətlə “Bloomberg”inmilyarderlər siyahısına başçılıq edir. Onun kapitalı əsasənelektromobil istehsalçısı “Tesla” və kosmik texnologiyalarıntəminatçısı “SpaceX”, həmçinin “X” sosial platformasınınsəhmlərindən ibarətdir.

Noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkilərində DonaldTrampın Respublikaçılar Partiyasından namizədliyinin gələn həftərəsmən irəli sürüləcəyi gözlənilir.

Seçilən
275
5
az.trend.az

10Mənbələr