AZ

“Mask Trampı dəstəkləyən fonda əhəmiyyətli məbləğdə ianə edib” – “Bloomberg”


“Milyarder İlon Mask Donald Trampın prezidentlik kampaniyasını dəstəkləyən “Amerika PAC” siyasi fəaliyyət komitəsinə pul bağışlayıb”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.
Agentlik hesab edir ki, bu yolla Mask ABŞ-ın siyasi mənzərəsində iz buraxmaq istəyir.
İanənin məbləği məlum deyil, lakin nəşrin həmsöhbətləri onu “əhəmiyyətli” adlandırıb.
Jurnalistlər “America PAC”ı keçmiş prezidentin seçki qərargahı ilə birbaşa əlaqəsi olmayan az tanınan Trampa dəstək qrupu adlandırır. Bununla belə, bu təşkilat, “Bloomberg”ə görə, birbaşa seçicilərin təşviqatına digər komitələrdən daha çox pul xərcləyir.
“The New York Times” qəzetinin məlumatına görə, Donald Tramp prezidentlik kampaniyası üçün ianə axtarmaq üçün mart ayında İlon Maskla görüşüb. Görüşün necə başa çatdığı məlum deyil.
Uolter İsaaksonun 2023-cü ilin sentyabrında nəşr olunan Maskın bioqrafiyasında iş adamının nə Trampa, nə də Baydenə rəğbət bəslədiyini qeyd edib. O, birincini “fırıldaqçı”, ikincini isə “darıxdırıcı” adlandırıb.
Seçilən
157
7
yeniavaz.com

10Mənbələr