AZ

Hansı idmandan əvvəl nə yemək lazımdır?

Qaçışdan əvvəl karbohidratlı, güc məşqlərindən əvvəl proteinli qidalar məsləhətdir, yüksək intensivlikli məşqdən əvvəl isə, ümumiyyətlə, heç nə yeməmək daha yaxşıdır.

Publika.az xəbər verir ki, bu barədə amerikalı diyetoloq Lesli Bonçi deyib müxtəlif növ məşqlərdən əvvəl istehlak qaydaları barədə danışarkən bildirib.

Diyetoloqun sözlərinə görə, ümumiyyətlə, dolu mədə ilə idman etmək reflüks, hıçqırıq və ürəkbulanma kimi bəzi narahatlıqlara səbəb ola bilər:

“Bununla belə, məşqdən əvvəl, ümumiyyətlə, yemək yeməmək də məsləhət görülmür - bu, məşqləri yerinə yetirmək üçün lazım olan enerji ehtiyatlarının sürətlə tükənməsinə səbəb ola bilər. Qaçış kimi kardio məşqlərindən əvvəl karbohidratlarla zəngin kiçik qəlyanaltılar yemək məsləhətdir. Bunlara müsli batonları və səhər yeməyi üçün quru taxıl sıyıqları daxildir. Məşqdən qısa müddət əvvəl banan da yemək olar”.

Güc təlimini daha effektiv yerinə yetirmək üçün isə mütəxəssis başqa bir komponentin - proteinin tələb olunduğunu bildirib.

Seçilən
567
7
publika.az

10Mənbələr