Bakının bəzi yollarında sıxlıq müşahidə olunur.Metbuat.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət belədir:1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;2. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;3. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;4. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;5. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;6. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;7. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;8. Dənizkənarı küçəsi, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində;9. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;10. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;11. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində sıxlıq müşahidə olunur.