AZ

Ermənistan vətəndaşlarının apellyasiya məhkəməsində vəsatətlərə baxıldı

Bakı Apellyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və digər çoxsaylı cinayətlərə görə Bakı Hərbi Məhkəməsi tərəfindən barələrində ittiham hökmü çıxarılmış Ermənistan Respublikası vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin apellyasiya şikayətləri üzrə məhkəmə baxışı başlayıb.

Publika.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimləri Elmar Rəhimovun sədrliyi, Emin Mehdiyev və Mehriban Qarayevanın (ehtiyat hakim Əli Məmmədov) iştirakı ilə keçirilən məhkəmə iclasında barələrində cinayət işi üzrə apellyasiya icraatı aparılan şəxslərin hər biri bildikləri dillərdə – erməni və rus dillərində tərcüməçi, habelə müdafiələrinin təmin olunması məqsədilə vəkillərlə təmin edilib.

Məhkəmə iclasında zərərçəkmiş şəxslərin nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Abbas Abbaslı, həmin idarənin şöbə prokurorları Anar Ələkbərov və Sevinc Qasımova iştirak ediblər.

Təqsirləndirilən şəxslər tərcüməçilərə, məhkəmə kollegiyasına, müdafiəçilərə, dövlət ittihamını müdafiə edən prokurorlara, həmçinin nümayəndələrə etiraz etmədiklərini bildiriblər.

Təqsirləndirilən şəxslərə cinayət-prosessual qanunvericilikdə müəyyən edilən tutulmuş hüquq və vəzifələri təkrarən izah olunub. David Babayan özü tərəfindən, digər təqsirləndirilən şəxslər isə müdafiəçiləri tərəfindən verilən apellyasiya şikayətlərini müdafiə etdiklərini deyiblər.

Seçilən
1
27
publika.az

10Mənbələr