AZ

56 aptekdən 18-ində nöqsanlar aşkarlanıb

Bu ilin may ayında ümumilikdə 56 aptekdə yoxlama aparılıb.

Bu barədə BAKU.WS-ə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

Bildirilib ki, yoxlamalardan biri Bakı şəhərində, 55-i isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə həyata keçirilib. Keçirilən yoxlamaların 55-i planlı, biri isə plandankənar olub.

Nəticələrə əsasən, 18 aptekdə müxtəlif nöqsanlar aşkar edilib.

Aşkarlanmış pozuntularla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə inzibati protokollar tərtib olunub.

Seçilən
4
19
far.az

10Mənbələr