AZ

YAP Nəsimi rayon təşkilatı Uşaqlar Gününü körpələrlə birlikdə qeyd edib

Yeniazerbaycan portalından alınan məlumata görə, ain.az xəbər verir.

Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının və “Sağlam Ailə” Özəl Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə 1 saylı körpələr evi ziyarət edilib.

Ziyarətdə Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, “Sağlam Ailə” Özəl Tibb Mərkəzinin direktoru, ərazi partiya təşkilatının sədri Vüqar Eyvazov, 1 saylı körpələr evinin direktoru Dürdanə Budaqova və ərazi partiya təşkilatının sədri Sevinc Vəliyeva balacaları Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edib, onlara hədiyyələr təqdim ediblər.

Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin hər zaman uşaqlara xüsusi qayğı və diqqətlə yanaşdığını, Prezident İlham Əliyevin uşaqların savadlı, sağlam və firavan böyüməsi, rifahının yüksəldilməsi məsələlərini dövlət siyasətinin başlıca istiqamətlərindən biri kimi qəbul etdiyini bildiriblər.

Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü və təşkilatçılığı ilə uşaqların sağlamlığının qorunması, onların hərtərəfli inkişafı üçün həyata keçirilən layihələrdən bəhs edilib.  

Tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı və “Sağlam Ailə” Özəl Tibb Mərkəzi tərəfindən uşaqlara bayram sovqatları və hədiyyələr təqdim edilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
50
yeniazerbaycan.com

10Mənbələr