Bakıya yenə dolu yağa bilər - Xəbərdarlıq
Bakıda və Abşeron yarımadasının bəzi şəhərərtafı ərazilərində dolu prosesinin olacağı ehtimalı var.BUTA.TV xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin mayın 29-u saat 22:50-yə olan məlumatında qeyd olunub. Daha əvvəl ölkə ərazisində yağıntılı və küləkli hava şəraitinin davam etdiyi, bəzi yerlərdə yağıntıların intensiv və güclü olduğu bildirilmişdi.