AZ

Putin: Ermənistanla baş verənlər Ukrayna böhranının başlanğıcını xatırladır...

Rusiya prezidenti Ermənistanın Aİ ilə inteqrasiyasına qarşı sərt xəbərdarlıqlar edib, ölkənin Aİİ-dən çıxması halında ciddi iqtisadi nəticələr barədə açıqlama verib...

Poliqon xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Ermənistanda mövcud vəziyyəti Ukrayna böhranının başlanğıcı ilə müqayisə edib. Qeyd edək ki, Putinin bu açıqlaması Yerevanda Avropa İttifaqına inteqrasiya meyllərinin gücləndiyi bir dövrə təsadüf edir.

Putin bildirdi ki, Ermənistan Aİ standartlarına keçməyə başlayarsa, onunla inteqrasiyanı dayandırmaq qaçılmaz olacaq. Eyni zamanda, Rusiya prezidenti Ermənistanın Aİ ilə yaxınlaşma ilə bağlı hər hansı qərarının onun Rusiya ilə humanitar əlaqələrinə xələl gətirməyəcəyini vurğuladyın

"Ermənilər üçün xeyirli olan hər şey Rusiya üçün də qəbulolunandır" deyən Putin Yerevana müstəqil qərar qəbul etmək azadlığı tanıdığını ifadə edib, lakin bu məsələdə söhbətin yalnız açıq və səmimi şəkildə aparıla biləcəyini vurğulayıb.

Aİİ-dən çıxış halında Ermənistana ağır iqtisadi şərtlər tətbiq ediləcəyi barədə xəbərdarlıq edən Putin qeyd edib ki, Rusiya Ermənistana enerji daşıyıcılarının qiymətini artıracaq. Rusiya prezidenti bu addımın Ermənistanda ÜDM-nin ən azı 14 faizinin itirilməsinə səbəb olacağını bildirib.

Bundan əlavə, avto daşıyıcılara tələblərin sərtləşdirilməsi və dəmiryolu tariflərinin yüksəldilməsi də gündəmə gələcək. Aİİ-dən kənar qalan Ermənistan vətəndaşları isə Rusiyada adi miqrant rejimi ilə üzləşəcək.

Putin həmçinin Ermənistanda Aİ-ə üzvlük ya da Aİİ-də qalma ilə bağlı referendumun mümkün qədər tez keçirilməsini arzu etdiyini bildirib.

Poliqon.info

Seçilən
26
42
poliqon.info

10Mənbələr