AZ

Silahlı qruplar arasında qarşıdurma: Onlarla insan öldü

Cebheinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Kolumbiyada FARC təşkilatının iki fraksiyası arasında baş verən silahlı toqquşmalarda 50 nəfər həyatını itirib.

"Cebheinfo.az" xəbər verir ki, hadisə Quaviare inzibati bölgəsinə bağlı San Xose-del-Quaviare kənd ərazisində qeydə alınıb. Keçmiş Kolumbiya İnqilabi Silahlı Qüvvələrinin (FARC) üzvlərindən ibarət iki müxalif silahlı qrup arasında şiddətli qarşıdurma baş verib.

Toqquşmalarda hər iki tərəfdən yüksək səviyyəli şəxslər də daxil olmaqla, ümumilikdə 50 nəfərin öldüyü bildirilib.

Kolumbiya ordusunun məlumatına əsasən, qarşıdurma FARC fraksiyası olan Estado Mayor Central (EMC) lideri “İvan Mordisko” ləqəbli Nestor Qreqorio Vera ilə “Kalarca” ləqəbli Aleksandr Dias Mendozanın rəhbərlik etdiyi EMBF qruplaşması arasında yaşanıb.

Qeyd olunur ki, hər iki qanunsuz silahlı qrup uzun müddətdir Kolumbiyanın mərkəzi-cənub hissəsində yerləşən strateji əraziyə nəzarət uğrunda mübarizə aparır.

Kolumbiya ordusundan verilən açıqlamada toqquşmaların baş verdiyi bölgəyə əlavə hərbi qüvvələrin göndərildiyi bildirilib: “Hazırda 22-ci Briqadaya bağlı bölmələrimiz San Xose-del-Quaviare kənd ərazilərində strateji mövqelərini qoruyur. 

Əməliyyatların məqsədi mülki əhalinin təhlükəsizliyini təmin etmək, bölgədə nəzarəti saxlamaq və insan hüquqları ilə beynəlxalq humanitar hüquq normalarına riayət olunmasını təmin etməkdir”.

2016-cı ildə Kolumbiya hökuməti ilə FARC arasında imzalanan sülh sazişindən sonra silahı yerə qoymaqdan imtina edən bəzi keçmiş FARC üzvləri müxtəlif qruplara parçalanaraq zamanla bir-biri ilə silahlı qarşıdurmaya başlayıblar.

Xatırladaq ki, FARC ilə 53 il davam edən münaqişəyə son qoyan sülh sazişi 24 noyabr 2016-cı ildə Kolumbiyanın paytaxtı Boqotadakı tarixi Kolon Teatrında imzalanmışdı.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
50
cebheinfo.az

10Mənbələr