AZ

Minifutbol: AÇ-2026-ya start verilir – ARENA.AZ

Bu gün Slovakiyanın paytaxtı Bratislava şəhərində təşkil edilmiş minifutbol üzrə Avropa çempionatına (AÇ-2026) start veriləcək.

Arena.az xəbər verir ki, yarışın ilk günündə 9 qarşılaşma baş tutacaq.

C qrupunda yer almış Türkiyə seçməsi Serbiya yığması ilə münasibətlərinə aydınlıq gətirəcək.

Qeyd edək ki, Azərbaycan millisi də bu yarışda öz qüvvəsini sınayacaq. Minifutbol yığmamız ilk oyununu mayın 28-də Avstriya komandasına qarşı keçirəcək. “Tipos Arena”da keçiriləcək matça Bakı vaxtı ilə saat 16:30-da start veriləcək.

Elşad Quliyevin baş məşqçisi olduğu Azərbaycan milli komandası F qrupunda İtaliya və Fransa yığmaları ilə də münasibətlərə aydınlıq gətirəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin:
Seçilən
41
9
arena.az

10Mənbələr